Ac toyuq yatar, yuxusunda darı görər.

= Hungry hen dreams about millet. / A hungry man thinks only of bread. / A hungry belly has no ears. = Голодной курице просо снится. / Голодной куме хлеб на уме. / Голодному не спится, а хлеб снится. / Мечты курицы не дальше мякины.
Ac toxun üzünə baxmaqla doymaz.
Ac yatım, salamat yatım.
OBASTAN VİKİ
.ac
.ac — Askension adasının ölkə internet kodu
Toyuq
Toyuq — toyuqkimilər dəstəsindan aid quş yarımnövü. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir. Toyuqların təxminən 8000 il əvvəl Cənub-Şərqi Asiyada əhliləşdirildiyi güman edilir. Toyuqlarda pətənək adlı xüsusi orqan var. Toyuqların dişləri yoxdur, ona görə də yeməklərini parçalamaq üçün pətənəkdən istifadə edirlər. Toyuğun ağızdan yediyi qida əvvəlcə pətənəyə keçir və orada müvəqqəti saxlanılır, sonra da mədəyə doğru hərəkət edir. Əti üçün yetişdirilən toyuqlar Broyler adlanır. Bu toyuq növləri yemi sürətli və effektiv şəkildə əzələ kütləsinə çevirmək qabiliyyətinə görə seçilir.
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
AC/DC
AC/DC — 1973-cü ildə Anqus və Malkolm Yanq qardaşları tərəfindən Sidneydə qurulmuş Avstraliya rok qrupu. == Qrup haqqında == Hər nə qədər qrup hard-rok və heavy metalın qabaqcıllarından qəbul edilsə də, qrup üzvlərinin musiqisi rock and roll musiqisinə daha çox oxşadırlar. == Qrupun tarixi == AC/DC, Angus və Malcolm Young qardaşlar tərəfindən 1973-cü ildə Sidneydə qurulmuş Avstraliyalı hard rok qrupudur. Hər nə qədər qrup hard rok və heavy metalın qabaqcıllarından qəbul edilsə də qrup üzvlərinin hazırladığı musiqi "rock and roll"-a daha çox bənzədilir. Qrupun ilk albomu "High Voltage" 1975-ci ildə yayımlanana qədər heyətində bir çox dəyişiklik yaşadı. 1977-ci ildə bas gitara ifaçısı Mark Evans'ın yerinə Cliff Williams gəldi. 1979-cu ildə qrup böyük müvəffəqiyyət təmin edən "Highway to Hell" adlı albomunu hazırladı. 1980-ci il 19 fevral günü qrupun solisti Bon Scott yüksək miqdarda spirt qəbul etdikdən sonra öldü. Qrup qısa bir müddət musiqini buraxmağı düşündüsə də sonunda Scott'un yerinə Geordie qrupundan Brian Johnson'ı heyətinə qataraq yoluna davam etdi. Eyni il qrup bu günə qədər ən çox satış əldə edən "Back in Black" albomunu hazırladı.
Ac çöl
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir. == Adı == Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Ac həriflər
Ac həriflər bu mənaları ifadə edə bilər: Ac həriflər (pyes) — Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış pyes. Ac həriflər (film) — eyniadlı pyes əsasında Azərbaycan rejissoru Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılan Azərbaycan filmi.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Axsaq toyuq
Axsaq toyuq - İrəvan quberniyasının Novobayazid qəzasında xaraba kənd adı == Tarixi və toponimi == Ayrımların Axsaqlı qolunun "Toyuq" adlı yerdə məskunlaşdığını bildirir. "Toyuq" formasını kəsb etmiş ad isə əslində türk dillərində tıyıq (tuyuq) "hər tərəfi bağlı yer" (yə'ni dörd tərəfi dağlarla əhatələnmiş dərə), "gölməçə" sözündən ibarətdir: XIX əsrin ortalarında Şamaxı qəzasında Kolanı tayfasının məskunlaşdığı yer (İndiki Dağ Kolanı kəndinin ərazisi) "Toyuqplov" adlanırdı ki, bu da türk dillərindəki tıyıq və bilab (bulaq adı) sözlərindən ibarət idi.
Toyuq bozartması
Toyuq kababı
Toyuq əti - 300q, Baş soğan - 35q, keşniş və cəfəri - 25q, Duz, İstiot, Sumaq. İlk emaldan keçirilmiş toyuq ətpdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kababın yanına halqavari doğranmış baş soğan verilir və üstünə göyərti səpilir. Hind quşu kababı da belə hazırlanır.
Toyuq korluğu
Toyuq korluğu – insanın gözündə çöpcüklərin pozulması və A vitaminin çatışmaması nəticəsində yaranır. Elmi adı "Hemeralopiya " adlanır. Hemeralopiyanın əsas müalicəsi çoxlu sayda A vitamini qəbul etməkdir.
Toyuq plov
Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür. Toyuq Düyü Şabalıd Ərik Kişmiş Quru Gavalı Soğan Kərə yağı Duz Bir gün əvvəldən toyuğu yaxşı yuyub şəkildə olduğu kimi kəsib hər tərəfini duzlayıb istiotlayırıq.Sonra toyuğu yuxarı bir yerdən asırıq ki,toyuğun suyu təmiz süzülsün.Bir gecə asılı saxlayırıq. Soğan uzun formada doğranılır və yağda rəngi qızılı oluncaya kimi qovrulur. Soğan qovrulduqdan sonra əti əlavə edib bir az qovururuq. Ət də bir az qovrulduqdan sonra şabalıd,ərik qurusu və kişmiş əlavə edilir ,qarışdırılır və bir kənara qoyulur. Duzlu suda düyünü bir az bişirib süzürük.Düyünün bir az rəngli olması üçün sarıkök əlavə edilir. İndi isə qazmaq hazırlayaq.yumurta, yağ və xama birlikdə yaxşıca çalınır və qazanın dibinə tökülür. Onun da üzərindən toyuq ətli qarışıq əlavə edilir. Ətin üzərindən isə düyü tökülür və dəmə qoyulur,arada qazanın ağzını açıb dəmini kənara tökürük. Tam bişdikdən sonra süfrəyə sunulur.
Toyuq qutabı
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Toyuq salatı
Toyuq tərəsi
Ambroziyayabənzər disfaniya (lat. Dysphania ambrosioides) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin disfaniya cinsinə aid bitki növü. Ambrina ambrosioides (L.) Spach Ambrina ambrosioides var. anthelmintica (L.) Moldenke Ambrina anthelmintica (L.) Spach Ambrina incisa Moq. Ambrina parvula Phil. Ambrina spathulata Moq. Atriplex ambrosioides (L.) Crantz Atriplex ambrosioides f. minus Aellen Atriplex anthelmintica (L.) Crantz Blitum ambrosioides (L.) Beck Botrys ambrosioides (L.) Nieuwl. Botrys anthelmintica (L.) Nieuwl. Chenopodium album subsp.
Toyuq şorbası
Toyuq şorbası - Azərbaycanın milli yeməyi. Toyuq əti - 155q, düyü - 25q, ərinmiş yağ - 20q, alça və gavalı - 20q, noxud - 20q, baş soğan - 20q, şüyüd - 10q, istiot, zəfəran duz. Toyuqdan bişirilmiş bulyon ələkdən süzülür.Düyü bulyonda bişirilir, üzərinə yağda qızardılmış soğan qatılıb hazır olmasına 15 dəqiqə qalmış ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu əlavə edilir. Sonra üzərinə dilim şəklində doğranmış bişirilmiş toyuq əti və doğranmış şüyüd əlavə edilib 1-2 dəqiqə qaynadılır.
Toyuq naqqesi
Naqqes, xırda-xırda doğranmış toyuq sinəsinin əvvəlcə yumurtaya, daha sonra isə una və çörək qırıntılarına batırılaraq yağda qızardıldıqdan sonra isti-sti süfrəyə verilən şnitzelə oxşayan bir fast food növüdür. Əsasən tərkibində olan yağa görə diyetoloqlar tərəfindən ümumiyyətlə zərərli hesab olunur.
Ac həriflər (hekayə)
Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəri. Vodevil janrında yazılmışdır. Ac həriflər, Millət dostları səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur. Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil.
Ac həriflər (pyes)
Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyev tərəfindən 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəri. Vodevil janrında yazılmışdır. Ac həriflər, Millət dostları səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur. Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində "quru bəylər" də az deyil.
Lockheed AC-130
AC-130 Gunship, Lockheed C-130 Hercules nəqliyyat təyyarəsinin xüsusi təyinatlı qüvvələrə qaynar müharibə bölgələrində yaxın hava dəstəyini təmin edə bilmək üçün modifikasiya edilmiş versiyasıdır. Standart bir Lockheed C-130 Hercules nəqliyyat təyyarəsindən daha artıq mühərrik gücü, dırmaşma sürəti və döyüş mənzilinə malikdir. Aşağı hündürlükdə olan uçuşlarda olduqca uğurlu olan, yerləşdiyi bölgələri çöl yerlərindəki hədəflərə qarşı dəqiq atəş aça bilən, təsir gücü yüksək olan hücum təyyarəsidir. Dəqiqə ərzində 610 metr hündürlüyə qalxa bilən təyyarə hər cür eniş-qalxış zolağından istifadə edə bilər. Təyyarədə dörd ədəd hər biri 4.910 at gücündə olan Allison T56-A15 turbopərvanə mühərrikləri vardır. Xilasetmə əməliyyatlarında da istifadə edilə bilən təyyarələrdən ABŞ Silahlı Qüvvələrində 8 ədədi H və 13 ədədi U modelli AC-130 vardır. == İnkişaf etdirilməsi == AC-130 modellərinin meydana çıxması Vyetnam müharibəsi dövrünə aiddir. Koreya müharibəsi dövründən etibarən ABŞ Hərbi Hava Qüvvələri (USAF) qurudakı qoşunlara kömək məqsədilə xüsusi olaraq təchiz edilmiş olan hərbi təyyarələrdən istifadə etməyə başladı. Vyetnam müharibəsində C-47 başda olmaqla müxtəlif nəqliyyat təyyarələri dəyişkən kalibrli və çaplı toplar ilə təchiz edilərək düşmən atəşi altında qalmış ABŞ hərbi birliklərinə aşağı hündürlükdən hava dəstəyini təmin etmək üçün modifikasiya edilmişdilər. Ehtiyaclar nəticəsində Lockheed C-130 Hercules nəqliyyat təyyarələrindən bir qismi də 105, 40, 20 mm-lik toplarla təchiz edilmişdir.
Ac həriflər (film)
Ac həriflər — Əbdürrəhim bəy Haqverdiyevin 1911-ci ildə yazdığı eyniadlı pyesi əsasında rejissor Ramiz Həsənoğlu tərəfindən 1993-cü ildə ekranlaşdırılan tammetrajlı bədii televiziya film-tamaşası. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşada hadisələr Həsən dayının(Yaşar Nuri) yeməkxanasında cərəyan edir. Həmin gün Həsən dayının heç bəxti gətirmir. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Film-tamaşada əsas rolları Yaşar Nuri, Cahangir Novruzov, Nazim Abbas, Tofiq Tağızadə, Bəhram Osmanov, Hüseynağa Atakişiyev, Kərim Kərimov, Məmmədkamal Kazımov, Arif Mədətov və Ədalət Ziyadxanov ifa edirlər. == Məzmun == Film-tamaşada hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının (Yaşar Nuri) yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli (Bəhram Osmanov) buraya gələn "ac həriflər"in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər.
AC Milan FK
Milan FK (it. Associazione Calcio Milan) — İtaliyanın Lombardiya regionunun Milan şəhərini təmsil edən futbol klubu. Klubun tam adı "Associazione Calcio Milan"dır və buna görə klub dünyada daha çox "A.C. Milan" adıyla tanınır. Klub ev oyunlarını San-Siro stadionunda keçirir. Komandanın hal hazırda kapitanı Davide Kalabriya, baş məşqçisi isə Paulo Fonsekadır. Dünyanın ən titullu klub komandalarından biridir. Ən çox beynəlxalq kubok qazanmış İtaliya futbol klubudur. Klub ilk İtaliya çempionluğunu, çempionatda debüt etdiyi 1900/1901 mövsumundə, son çempionluğunu isə 2021/22 mövsumundə qazanıb. 1963-cü ildə Avropa Çempionlar kubokunu qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin Avropanın ən böyük klub turniri olan Çempionlar Liqasının kubokunu öz müzeyində əbədi saxlamaq hüququna malik 5 Avropa klubundan biridir.
Toyuq (Faberje yumurtası)
"Toyuq" (rus. “Курочка — Первое императорское пасхальное яйцо” — “İlk imperator pasxa yumurtası”) — Faberje Evi tərəfindən hazırlanmış 52 imperial yumurtasından biri. Karl Faberje 1885-ci ildə ilk olaraq “Toyuq” adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. “Toyuq” adlanan bu yumurta klassik yumurta şəklində, onun içərisindəki sarısı isə qızıldan hazırlanmışdır. Yumurta sarısının içində isə onun surprizi olan gözləri yaqut qaşı ilə işlənilmiş toyuq fiquru, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir. Hündürlüyü 64 mm eni isə 35 mm olan bu yumurtanın ustası Erik Kollindir.
Toyuq Yumurtladı (1986)
Film Azərbaycan Kimyəvi Aşqarlar İnstitutu tərəfindən hazırlanan maşın yağları üçün kimyəvi aşqarların istehsalatda tətbiq olunmasına maneçilik törədən bürokratik süründürməçilikdən söhbət açır.
Orpinqton (toyuq cinsi)
Orpinqton, İngiltərədə müxtəlif toyuq cinslərinin hibridləşdirilməsi nəticəsində əldə edilmiş olan toyuq cinslərindən biridir. Geniş və səliqəli görünən tükləri mövcuddur. Onların dərilərinin rəngi ağ olub, yumurta qabıqlarının rəngləri isə açıq qəhvəyidən tünd qəhvəyiyə qədər dəyişikliklər göstərir. Bu cinsin xoruzlarının orta çəkisi 4,2 - 5,0 kq, toyuqlarının isə 3,5 - 4,0 kiloqram təşkil edir.